Yazını böyüt
Yazını kiçilt
Milli Məclisin sədri Sahibə Qafarovanın Polşaya rəsmi səfəri davam edir. Azərbaycan parlamentinin rəhbəri səfər çərçivəsində paytaxt Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib.
Milli Məclisdən hafta.az-a verilən xəbərə görə, Milli Məclisin sədri abidənin önünə əklil qoyub. Sonra Sahibə Qafarova xatirə kitabına ürək sözlərini yazıb.
Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti, həmçinin Varşava Üsyanı Muzeyi ilə də tanış olub.